MÜƏLLİMLƏR

İnarə Məmmədova Dövlət Rəssamlıq Akademiyasını bitirib. Onun uşaqlarla, xüsusən də beynəlxalq erkən uşaqlıq təhsili mərkəzində 15 ildən çox iş təcrübəsi var. İnarə xanım 2014-cü ildə Bumblebee ailəsinə İncəsənət Müəllimi kimi qoşulub. İndi o, bizim Məktəbəqədər təhsil qruplarının baş müəllimidir, bundan əlavə də «Pinqvin» sinfində tədris proqramını həyata keçirir (4-6 yaşlı uşaqlar).

 

 

 

Ülkər Mirmehdizadə Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavr və magistr dərəcəsini almışdır. 2015 -ci ildə Bumblebee komandasına qatılmışdır və indi ən balacalarımıza dərs deyir.

 

 

 

 

 

Nərmin Məhərrəmova Azərbaycan Dillər Universitetinin məzunudur. 2016 -cı ildən karyerasına ingilis dili müəllimi olaraq başlayıb. Nərmin Bumblebee Məktəbəqədər qruplarında dərs deyir. Nərminin dərslərində uşaqlar həmişə böyük maraqla qulaq asır və aktivlik göstərirlər.

 

 

 

 

Tahirə Fəhradova Azərbaycan Dillər Universitetinin İngilis dili müəllimliyi ixtisasını bitirib. Repetitor və danışıq klublarında müəllim kimi təcrübəsi vardır. Daha sonra müəllimlik təcrübəsi əldə etdikdən sonra Tahirə tərcüməçi və transkripsionist vəzifələrində çalışmışdır. Tahirə xanım, 2020-ci ildə Bumblebee Məktəbəqədər Məktəbinə qatıldı, indi Pandalar (3-4 yaş) sinifimizdə dərs deyir. Uşaqlar onu çox sevir və güvənirlər!

 

 

 

Sara Məmmədova Azərbaycan Pedaqoji İnstitutunu məktəbəqədər tərbiyə ixtisası üzrə bitirib. Sara xanımın 10 ildən artıq uşaqlarla iş təcrübəsi var. O, 2017-ci ildə Bumblebee Montessori, sonra isə 2019-cu ildə Məktəbəqədər hazırlıq komandasına qoşuldu. Hal-hazırda Pandalarımızı (3-4 yaşlı uşaqlar) öyrədir. Saranın uşaqlarla maraqlı və fərqli işləmə tərzinə sahibdir, həmçinin onun sinfində nizam-intizam standartları çox yüksək səviyyədədir.