MƏKTƏBƏQƏDƏR HAZIRLIQ KURSLARI

Bumblebee-də məktəbəqədər hazırlıq zamanı hər bir uşağın fəal və bacarıqlı bir şagird kimi yetişməsinə diqqət yetirilir həmçinin ailənin bu prosesin dəstəklənməsində mühüm rolu vurğulanır. Gündəlik məktəb həyatı yeni tədrisi təşviq etmək və uşaqları həvəsləndirməklə yanaşı onların qabiliyyət və maraqlarını cəlb edəcək təcrübələrlə zəngindir. Hər bir uşağın təkmilləşməsinə və inkişafına diqqət yetirmək, sağlam münasibətlərin formalaşmasını təmin etmək Bumblebee-yə xas olan, uşaqların əhəmiyyətli münasibətlər qurmasını dəstəkləyən bir özəllikdir.

Bumblebee-də Məktəbəqədər Hazırlıq prosesi zamanı müəllim heyəti uşaqların maraqlarını öyrənərək, onları qiymətləndirəcək bir mühit yaratmaq üçün əməkdaşlıq şəraitində işləyirlər. Sözügedən yanaşma hər bir uşağı diqqət mərkəzində tutaraq, yeni tədris metodunu daha dərindən öyrənilməsinə şərait yaradır. İnteqrasiya olunmuş tədris programının (kurrikulum) həmçinin praktiki yanaşma məşğələlərinin əsas məqamlarından biridə, uşaqlarda problem həll etmə bacarığı və müstəqil düşüncə tərzininin inkişaf etdirilməsi üçün istifadə olunmasıdır. Yeni tədris üsulu hər yaş qrupunun ümumi təcrübəsindən və ya xüsusi maraqlarından asılı olaraq seçilmiş mövzunu onunla əlaqəli məqamları araşdırmaq üçün imkanlar açır.

Proqramımız hər bir uşağa müxtəlif növ fəaliyyətlər və ödənişsiz oyun təcrübələri ilə böyümək və öyrənmək üçün imkanlar yaradır. Müvafiq yaş qrupuna uyğun tədris planımız (kurrikulum) uşaqlara tədris prosesi zamanı rəsm, musiqi, aşbazlıq dərsləri, həmçinin yaradıcı fəaliyyətlər və oyun səhnəcikləri vasitəsilə öz ideyalarını müəyyən, bacarıqlarını isə inkişaf etdirmək imkanı yaradır. Bundan əlavə məktəb turları, interaktiv elmi təcrübələr, oxu və riyaziyyat fənləri üzrə hazırlıq məşğələləri bu proqramı daha da zənginləşdirir.

Bumblebee heyəti oxuma və yazma, aşpazlıq, musiqi və rəqs sahələri üzrə mütəxəssislərdən ibarətdir. Müəllimlər və mütəxəssislər tədris planının yüksək təşkilini və yaş uyğunluğunu təmin etmək üçün sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər. Proqramımız bütün bu sahələrinin inteqrasiyasını diqqətli şəkildə tarazlayır. Toplu şəkildə oyunlar, bağçılıq, rəqs və açıq havada vaxt keçirmək uşaqların zehnini açir və pozitiv təcrubə yaradır.

Valideynlər uşaqlarının Məktəbəqdər Hazırlıq təcrübəsində fəal rol oynayır həmçinin məktəb turları, sinifdaxili və ümumi məktəb üzrə tədbirlər, müxtəlif bayramlarda iştirak edirlər. Müəllimlər sinif barədə məlumatları həftəlik bülletenlər vasitəsi ilə valideyinlərə çatdırırlar. İl ərzində mütləq şəkildə iki dəfə rəsmi valideyn-müəllim görüşləridə keçirilir. Valideynlər müəllimlər ilə sağlam və qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlığın uşaqların həm hazırki, həm də gələcək uğurları üçün uğurlu zəmin yaradacağına inanir və dəstəkləyirlər.