Ms. Fidan Qasımova ilə tanış olun – Preschool Müəllimi
Fidan Qasımova dinamik, enerjili və beynəlxalq təcrübəyə malik müəllimlərimizdəndir. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Ms. Fidan Montessori sertifikatını İstanbul Düzcə Universitetində qazanmışdır. 2022-ci ildən bəri Pinqvin sinfin müəllimidir.
Ms. Fidanı fərqləndirən xüsusiyyətləri nədir?
- Qəhvə Pərəstişkarı: Ms. Fidan hər gününü qəhvə ilə başlayır ki, bu da onun enerjisini artırır və yaradıcılığını ilhamlandırır.
- Parlaq Rənglər Sevgisi: Onun canlı və parlaq geyimləri dərslərə şən və pozitiv ab-hava qatır.
Ms. Fidanın beynəlxalq təcrübəsi və rəngarəng şəxsiyyəti uşaqları öyrənməyə ruhlandırır.