MÜƏLLİMLƏR

Sevinc Hüseynova Bakı Dövlət Universitetinin məzunu, Klinik Psixologiya üzrə magistr dərəcəsi almışdır. O, xüsusi qayğıya ehtiyyacı olan uşaqlarla iş təcrübəsi də daxil olmaqla, hələ universitet illərində uşaqlarla işləməyə başlamışdır. Sevinc xanımın tədris sahəsində zəngin iş təcrübəsi var. Bumblebee ailəsinə 2015 -ci ildən qoşulub.

 

 

 

 

Gülnarə Həsənova Azərbaycan Dövlət Pedaqoji İnstitutunu məktəbəqədər psixologiya ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirib. Gülya xanım musiqi müəllimi, tərbiyəçi və məktəbəqədər müəssisələrdə uşaqlarla işləmək üzrə 31 illik təcrübəsi var. O, 2016 -cı ildə Bumblebee Montessori-yə qoşulmuşdur.

 

 

 

 

 

Aynur Həsənova istedadlı rəssam və pianoçudur. Aynur xanımın beynəlxalq məktəblərdə iş təcrübəsi var. O, 2018-ci ildə Bumblebee Montessori komandasına qoşulub. Aynur müəllimə uşaqlarla rəsm çəkməyi və onlarla pianoda ifa etməyi çox sevir.