NATİQLİK MƏŞĞƏLƏLƏRİ

Natiqlik proqmanının məqsədi dil sənətləri fəaliyyətini genişləndirməkdir. Proqram zamanı dünyanın müxtəlif yerlərində yaranan xalq nağılları, habelə orijinal hekayə və musiqilərdən istifadə uşaqların savadlılıq dərəcəsinin artmasında əsas rol oynayır. Bu hekayələr uşaqlar özlərini ifadə etdikcə daha da zənginləşir. Şagirdlər hekayələrə öz əlavələrini edərək qrup şəklində işləyir və öz hekayələrini yoldaşlarına danışarkən natiqliq bacarıqlarını daha da genişləndirmiş olurlar.

Ritm, qafiyə, yumor və təkrarlanmanı özündə cəmləşdirən natiqlik uşaqlar üçün cəlbedicidir və onları fəaliyyətin ayrılmaz hissəsinə çevirilir.