MUSİQİ MƏŞĞƏLƏLƏRİ

Bumblebee-dəki Musiqi Proqramı zamanı uşaqlar həm sözlü, həm də sadəcə müsiqi sədaları ibarət olan mahnılar oxuyur, şeirlər və ritmlər səsləndirərək, canlı və yazılmış audio yazıları dinləyir, müxtəlif alətlərdə ifa etməyi öyrənərək musiqi dilinin mahiyyətini anlamağa başlayırlar. Balacalarımız intuitiv olaraq müxtəlif not, ton və metrləri başa düşür və ifa etməyi öyrənirlər. İmprovizasiya ilə birgə qrup musiqisi vasitəsilə müəllimlərimiz hər bir tələbənin əməyinə qiymət verilən şən musiqili mühit yaradırlar.

Diqqətlə seçilmiş proqramlarımız musiqiyə sevgini aşılayır və müəllimlərin nəcib rəhbərliyi altında uşaqlara uğurlu təcrübə qazandıraraq çəkinmədən daha çox risk gözə almağı təşviq edir. Musiqi uşaqlarda eşitmə qabiliyyətini inkişaf etdirir və onlara bir ömür boyu musiqi ilə məşğul olmaq üçün əvəzedilməz fürsətlər və bacarıqlar verir.

Eşitmə qabilliyəti inkişaf etdikcə, uşaqlar davam edən tədris prosesi zamanı oxumaq, musiqi alətlərində ifa etmək və musiqi yazmaq kimi vərdişlərə yiyələnirlər. Tədris ilinin sonunda valideynlər övladlarının məşğələlər zamanı yiyələndikləri musiqi bacarıqlarının şahidi olmaq üçün Bumbleebe-yə dəvət olunurlar.